ADMiN

ADMiN Sevgi 20-03-2017, 02:00

Əlçatmazımsan

Əlçatmazımsan


Mən səni elə olduğun kimi sevdim, belə gördüm, belə qəbul elədim. Dəyişməyini də istəmədim. Sən mənimçün olduğun kimi əzizsən.
Olduğun kimi ideallaşdırdım mən səni. Heç bir şeyi dəyişdirmədən xəyallarımda belə canlandırdım mən səni. Belə sevdim mən səni...
Sən getdin səbəbsiz. Olsun, mən yenə də ümidimi öldürmədim. Mən yenə də xəyallarımda səni oxşadım, səni əzizlədim.
Əlimi uzatsam da tuta bilmirəm. Elə hey dirəşsəm də çata bilmirəm. Sən eləsən ki, mən səni fikrimdən də, qəlbimdən də ata bilmirəm. Mən səni sevirəm, səni arzulayıram.
Saatlarca səni düşünürəm. Hər an səni xəyal edirəm. Darıxıram.. Bilirəm, yoxsan, olmayacaqsan. Amma yenə də xəyal edirəm, bezmirəm... Səndən heç bezmirəm. Xəyalından bezmirəm. Səni sevməkdən bezmirəm...
Sən mənim əzizim. Sən mənim göz yaşım. sevgim, ümidim, hər şeyim... ən gözəl hissim, ən gözəl xəyalım. qəhrəmanım... qürurum... ən çətini, əlçatmazımsan ...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
697 628 653 612 661 633

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.