Rehimoffa

Rehimoffa Sevgi 28-07-2021, 16:30

Sevmirsənsə Yaxınlaşma Mənə 💙

Sevmirsənsə Yaxınlaşma Mənə 💙
Ümid edirəm ki, axtardığın xoşbəxtliyi məndə taparsan. Amma əgər o məndə deyilsə uzatma. Yaxın durma və məni nəyəsə, daha doğrusu olmayacaq, etməyəcəyin şeylərə inandırma. Bilirsən, mən axmaq qadın deyiləm. Qərarlarım isə qətidir. Mən sevsəm belə getmək lazımdırsa gedəcəm. Sən məndən getsən belə mən səni narahat etməyəcəm. Ən azından bunu etməyəcək qədər böyümüşəm, kamilləşmişəm. Amma mən sənin məni sevmədiyini o saat hiss edərəm. 24 saat mənlə danışsan,görüşsən, qucaqlayıb köksünə sıxsan belə mən bunu hiss edərəm.Gözlər əzizim,əlin, dilin danışdığını təsdiq ya da inkar edəcək yer gözlərdir və mən baxışlarda dəyərimi görə bilirəm. Sevgiylə baxanda üzə baxmırsan çünki.O gözlərdə heyranlıq da olmur.O baxışlarda olan tək şey doğmalıqdır.Sən məni saf bilmə. Başımdan vur çörəyimi al deyiləm. Aciz,əzik ruhum da yoxdur məndə. Mən özümü tanıyıram yəni.İstəyim ancaq səndəndir.Kişisənsə aldatma.Xəyanət etmə mənasında yox.Kişisənsə sevmədiyinə sevirəm demə.Arxa durmayacağına divar kimi görsənmə.Təbii ki, əgər kişisənsə.





Sevmirsənsə Yaxınlaşma Mənə 💙

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
498 636 531 490 528 496

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.