ADMiN

ADMiN Azərbaycan 21-03-2017, 03:19

Azərbaycan xoşbəxtlik reytinqində 85-ci yerdədir

Azərbaycan xoşbəxtlik reytinqində 85-ci yerdədir
BMT-nin 2012-ci ildə təsis etdiyi "Sustainable Development Solutions Network" tərəfindən açıqlanan illik xoşbəxtlik reytinqində Azərbaycan 85-ci yerdədir.

Loading.Az virtualaz.org-a istinadən xəbər verir ki, dünyanın ən xoşbəxt ölkəsi Norveçdir. Sonuncu pillələrdə isə Suriya, Liviya və Afrika ölkələri qərarlaşıb. Dünyanın ən xoşbəxt insanlarının yaşadığı ölkələrin siyahısında Norveç ötənilki lider Danimarkanın yerini tutub.

İlk onluğa həmçinin İslandiya, İsveçrə, Finlandiya, Hollandiya, Kanada, Yeni Zelandiya daxildirlər. Rusiya bu siyahıda 49-cu, Türkiyə isə 69-cu yeri tutur. Maraqlıdır ki, Türkmənistan reytinqdə 59-cu, Qazaxıstan isə 60-cıdır. Daha bir maraqlı məqam: Ermənistan 121-ci xoşbəxt ölkə olsa da, daha firavan yaşayan Gürcüstan reytinqdə 125-cidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
684 673 593 695 623 635

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.