İnsaf elə incitmə məni
Dedim: - Ey qönçə dehan, könlümü qan eyləmisən
Dedi: - Bica yere eşqimdə fəqan eyləmisən
Dedim: - İnsaf elə incitmə məni, aşiqinəm
Dedi: - Get, sirrimi dünyaya əyan eyləmisən
Dedim: - Ağlatma məni sərv boyun şövqündə
Dedi: - Göz yaşını bihudə rəvan eyləmisən
Dedim: - Axir, gözəlim, bagü baharım sənsən
Dedi - Sən ömrünü həsrətlə xəzan eyləmisən
Dedim: - Az çəkməmişəm gözlərinin həsrətini
Dedi: - Öz könlünü yersiz nigaran eyləmisən
Dedim: - Eşqində əsirəm, mənə bes xeyri nədir...?
Dedi: - Əvvəldə bu sevdadə ziyan eyləmisən
Dedim: - Eşq atəşi neylər mənə, qorxan deyiləm
Dedi: - Biçarə, yanarsan, nə güman eyləmisən...?
Dedim: - Ey gül, mən əzəldən də gözəl aşiqiyəm
Dedi: - Sən ruhini eşq iylə cevan eyləmisən
Dedim: - Hər gün seri-kuyində dolanmaqdır işim
Dedi: - Vahid, ne gözəl yerdə məkan eyləmisən...?