ADMiN

ADMiN Maraqlı 21-03-2017, 05:26

Üç nöqtə ilə bizi bağlayan nədir?

Üç nöqtə ilə bizi bağlayan nədir?

Üç nöqtə ilə bizi bağlayan nədir?

Bizlərin həyatı nöqtələrdən ibarətdir.Bəzən həyatımızda yaşanan hadisələrin

heç bitməməsini istəyərik.Bəzən hadisələrin gedişatının necə olacağı

barədə xüsusui bir fikrimiz olmaz.Bu zaman nöqtələrə müraciət edərik.

əslində nöqtələr eyni zamanda bizim hisslərimizi ifadə edərlər.

Sözləri ifadə edərkən bunu hiss etdiririk ancaq yazılı şəkildə hisslərin

ifadəsi hər zaman mümkün olmur.Bu zaman bizlərin köməyinə

nöqtələr yetir.Nöqtələrin dili olsaydı heç bilirsinmiz bizlərə nə demək istəyərdilər?

Birinci nöqtə deyərdi ki;

Mən əslində kiçik bir nöqtə idim.

Taki insanlar məni kəşf edənə kimi...

Mən hər insan üçün eyni məna daşımamasamda ilk dəfə bir

şairin qələmində özümü gördüm.Bir şairin hisslərini,

içindəkiləri dilə gətirmək, ona kömək olmaq o qədər çətindir ki...

Şair yazını yaza-yaza fikirləşirdi.Hər dəfə o fikiləşdikcə məndə

fikirləşirdim.Görsəən mənim vəzifəm nədir?Bizi bağlayan nədir?

Mən qələmin ucunda idim.Özümü yüksəklərdə hiss edirdim.

Ancaq birdən özümü yerdə görməyə başladım.

Yerlə göy arasında əslində nə olduğu bəlli olmayan mənim sirrim

ifşa olundu.Beləliklə böyük kainatdan uzun bir cümləyə çevrildim.

Bu zaman ikinci nöqtə söhbətə qoşulub deyərdi ki;


Birinci nöqtə incə və uzun bir cümlə idi. Hər dəfə bitdikcə yenisi yazılır,

yeni cümlələr meydana gəlirdi. Mən əslində ikinci nöqtə kimi vəzifəmin

nə olduğu barədə fikirləşirdim. Birinci nöqtə bizim hisslərimizi hər

dəfəsində yeni cümlələrə əlavə edərək ifadə edir.Bəs mən?

Bir gün şair yazı tərzini dəyişməyə başladı.Əslində yazdıqları onun

yaşadıqları idi.Bir gün sadəcə bir nöqtə qoyacağını düşündüyüm

halda məndən istifadə etdi.Əvvəl fikirləşdim.Görəsən mən

onun üçün nə məna daşıyıram?Birdən cümləyə gözüm sataşdı.

"Artıq səni ifadə etmək o qədər asan deyil"

Mən vəzifəmin nə olduğunu artıq bilirdim..

Hər kəs daima birinci olmaq istəyir.Bizlər hər zaman birincilərin

daiam yaxşı ikincilərin, üçüncülərin isə böyük əhəmiyyət daşımadığına inanarıq.

Bəs üçüncü nöqtəsinin sirri nədədir?


Harda yarımşıq bir cümlə varsa orada üç nöqtə var...

Üçüncü nöqtədə böyük məna gizlidir.

Əslində üçüncü nöqtə digərləri kimi konkret düşüncələr yaratmaq istəmir.

O sizlərin düşünməsini və nəticə çıxarmasını istəyir.

Hər kəs anladığı kimi yaxudda görmək istədiyi kimi ifadə edir.

Ancaq heç kəsin düşüncəsi əslində səhv deyil.

Məhz üçüncü nöqtənində vəzifəsidə budur.

Fikirlərini elə tərzdə ifadə etmək ki, sizlər onu doğru anlaya biləsiniz.

Sizlər onu oxuduqca anlaya biləsiniz.Nöqtələrə baxdığımız

zaman kimimiz kimimiz yarımçıq qalan cümləni bitirmək,

kimimiz cümlədə ki, həqiqəti görmək, kimimizdə

yarım qalan bir şeyi tamamlamaq istəyərik.

Üç Nöqtə ;

Bəzən bir ümiddir.Həsrətlə onu gözlədiyini dilə gətirmək,

onu ifadə etməkdə çətinlik çəkirəm deməkdir.

Ümidlərimiz olmasa bizlər yaşaya bilərdikmi?

Bəs gözlədiklərimiz? Darıxdıqlarımız? Həsrət?

Üç nöqtə qədər uzun ,

Üç nöqtə kimi susqundur bəzən yaşadıqlarımız..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1036 988 989 891 885 899

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.