ADMiN

ADMiN Məşhurlar / Xəbərlər 21-03-2017, 05:42

Milyarder amerikalı iş adamı Rockefeller həyatını itirdi

Milyarder amerikalı iş adamı Rockefeller həyatını itirdi

Amerikalı iş adamı David Rokefeller 101 yaşında dünyasını dəyişdi. Məşhur iş adamının sözcüsu Fraser P. Seitel tərəfindən edilən açıqlamada Rokefellerin bugün öz evində öldüyü qeyd edilir. Fraser-in sözlərinə görə maliyyə və biznes dünyasının məşhur siması Rokefellerin ölüm səbəbi ürək çatışmazlığı olub. 6 dəfə ürək nəqli, 3 böyrək, 2 ciyər köçürülən Rokfellər 100 yaşını qeyd etdiyi gün hədəfinin 200 yaşını qeyd etməsi olduğunu açıqlamışdı.
 

David Rokefeller 1915-ci ildə anadan olub və amerikanın biznes, bank sektorunda adlı-sanlı biznesmenlərdən birinə çevrilib. "Dünya İmperatorluğu", "Yeni Dünya Quruluşu" kəlimələri ilə bütün dünyanın diqqətini üzərinə çəkən Rokefeller, soyadını daşıdığı ailənin nümayəndələrindən olmaqla John Rokefellerin böyük oğludur. Biznesləri ilə məşhur olan Rokefeller, xeyriyyəçiliyi ilə də adından söz etdirmişdir.

Harvard Universitetinə 100.000.000 dollar bağışlayan bu şəx minlərlə tələbənin təhsil almasında böyük rola malikdir. Eyni zamanda bir neçə yardım fonduna bəlli olmayan miqdarda kömək etmişdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
595 610 579 546 578 616

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.