amon

amon İdman 20-08-2021, 17:25

UEFA ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

UEFA ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb
UEFA 2020/2021 mövsümü üçün ilin ən yaxşı kişi və qadın futbolçusu adına namizədləri açıqlayıb.

Loading.az xəbər verir ki, kişilərin siyahısında İngiltərə klublarının oyunçuları yer alıblar.

Bunlardan ikisi ötən mövsüm Çempionlar Liqasının qalibi olmuş Chelsea-ni, biri isə digər finalçı Manchester City-ni təmsil edir.

Ən yaxşı kişi futbolçu adına namizədlər

Kevin De Brüyne (Manchester City)
Jorjinyo (Chelsea)
Nqolo Kante (Chelsea)

Qadın futbolçular arasında ilin ən yaxşısı olmağa namizədlər isə aşağıdakılardır:

Cennifer Ermoso (Barcelona, İspaniya)
Like Martens (Barcelona)
Aleksiya Putelyas (Barcelona)

Qeyd edək ki, qaliblərin adları avqsutun 26-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
456 420 399 404 384 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.