Çəki itirməyə kömək edən 7 qida
Bədəninizdəki artıq yağlardan qurtulmağın yolu bəzi qidaları pəhrizinizə əlavə etməkdən keçir. Həmin qidalar aşağıdakılardır.
Kəsmik pendir: Kəsmik pendir tərkibindəki protein sayəsində arıqlamağı sürətləndirir. Az yağa sahib olduğu üçün ondan istifadə edə bilərsiniz. Səhərlər tost, pomidor və qara bibərlə birlikdə yeyə bilərsiniz.
Kartof: Bəzi mütəxəssislər kartofun çəki salmağa kömək etdiyini bildirirlər. Kartof olduqca əhəmiyyətli qidadır. Ancaq onu qızartma yox, qaynadılmış formada yeyin.
Qovrulmuş noxud: Qovrulmuş noxud ləzzətli və alternativ qidadır. Zeytun yağı, duz, müxtəlif inqridentlərlə birlikdə sobada 20-30 dəqiqə saxlayın. Ləzzətli təam hazır olacaq.
Popkorn: Mütəxəssislər qarğıdalını tövsiyə etsələr də, doğru çeşidi seçməyiniz vacibdir. Az kalorili olanı seçin, çəki itirməyinizə kömək edəcək.
Qreyfurt: Qreyfurt pəhriz saxlayanların sevimli qidalarındandır. B, C vitaminlərinin bir çox faydası var. Qreyfurt yemək səhər və ya günortadan sonra aclığınızı aradan qaldıracaq.
Qatıq: Proteinlə zəngindir və şəkər nisbəti azdır. Olduqca dəyərli qidadır və doyuruculuğu yüksəkdir.
Şokolad: Bəli, çəki itirməyə çalışarkən də şokolad yeyə bilərsiniz. Ancaq antioksidantlarla zəngin şokoladdan istifadə edin.







