n2006

n2006 özünü 🙁 darıxan hiss edir. Şeirlər 25-08-2021, 23:40

MƏNƏ ONDAN DANIŞMAYIN

MƏNƏ ONDAN DANIŞMAYIN
Mənə ondan danışmayın
Duymaq belə istəmirəm.
Ona olan bu hörmətim,
sevgim ölə istəmirəm.
Qoy yaşasın xatirəmdə

Əvvəlki tək mələk kimi.
Heç əsməsin xəzan yeli
O solmasın çiçək kimi.
Mənə ondan danışmayın
Bu günündən, sabahından.


Xəbər-ətər gətirməyin
Etdiyi hər günahından.
Ona olan duyğularım
Anlaşılır sözlərimdən.
Yaşlar düşsün eybi yoxdu,

O düşməsin gözlərimdən.
Mənə ondan danışmayın
Qoy unudum yavaş-yavaş.
Röyalarda arxasınca.


Sürnməyim o baş bu baş.
Məni ondan soruşmayın,
Onu məndən soruşmayın!
Ayrılmışıq neçə vaxtdı
Mənə ondan danışmayın.
Mənə ondan danışmayın..!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
514 540 460 500 511 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.