poppy

poppy özünü 🙁 darıxan hiss edir. Şeirlər 25-08-2021, 23:41

Darıxmaq...

Darıxmaq...
Mən səni bilmirəm,ancaq ki,məni,
Darıxmaq,çox salıb,gözüm çıxdıya.
Mən çörək yeyəndə düşürsən yada,
Sən heç ağladınmı,qab yuya-yuya?

Corab toxuyanda,qışın,qış vaxtı,
Dolaşan iplərdə,gördünmü məni?
Ya da tez tələsik,yığıb saçını,
Saçının ucuna hördünmü məni?

Qırışan köynəyi ütüləyəndə,
Canından daha çox,əlin yandımı?
Baxıb pəncərədən,kimisə görüb,
Doluxan gözlərin,mənəm,sandımı?

Gecə çox darıxıb,yatıb,qalanda,
Səhər gözyaşların,axırmı suya?
Mən səni bilmirəm,ancaq ki,məni,
Darıxmaq,çox salıb,gözüm çıxdıya.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
543 555 481 564 452 501

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.