Ronaldo keçmiş klubuna qayıtdı
Portuqaliyalı superulduz Kriştiano Ronaldo Manchester United-ə keçib.
Loading.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.
O, viza alandan və tibbi müayinədən keçəndən sonra keçmiş klubu ilə münasibətləri rəsmiləşdirəcək.
Daha öncə Manchester United-in bu transferin reallaşması üçün Juventus-a 25 milyon avro təklif etdiyi və Portuqaliya yığmasının 36 yaşlı liderinin müddəti 2023-cü ilə qədər olan anlaşmaya qol çəkəcəyi haqda məlumatlar yayılmışdı.
Qeyd edək ki, Ronaldo 2003-2009-cu illər aralığında sözügedən İngiltərə klubunun formasını geyinib. Mançester təmsilçisinin formasıyla 196 oyuna çıxan forvard bu matçlarda 84 qol vurub.