ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 2-09-2021, 18:00

Mənsiz dünyan necədi? (((

Mənsiz dünyan necədi? (((
Eşitdim ki, saralırsan, solursan,
Adım çəkiləndə yaman dolursan.
Sıxılıb bir küncə tənha qalırsan,
Artıq sənə gündüzlərdə gecədi
Söylə görüm mənsiz dünyan necədi?


Mənsiz dünyan necədi


Demisən ki, yaşamaqdan bezirsən,
Mən olmayan şəkilləri əzirsən.
Eşitdim ki, beyni duman gəzirsən,
Baxmayırsan evdi yada küçədi
Söylə görüm mənsiz dünyan necədi?


Mənsiz dünyan necədi


Eşitdim ki, arzulayirsan məni,
Deyirsənki, oydu ömrümün təni.
İndidə mən deyim sən eşit yəni,
Sənsiz keçirdiyim günlər heçnədi.
Söylə görüm mənsiz dünyan necədi?


Yazar: Əfsanə Rəvan


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
972 915 914 894 916 947

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.