Ehtiyat və Risq
Baş salamat, qəlb narahat.
Rahatliq tapmaq olmur,
İçin-için yanırsan.
Gecələr xəyalınla
Üz-üzə dayanırsan.
Sevdiyin gözəl qıza
Sevirəm demək olmur.
Ehtiyat sevənlərə
Heç zaman kömək olmur.
İgidə yaraşıqdır
Deyənlər yanıblar,
İgidlər ehtiyatı
Bir qorxaqlıq sanıblar.
Çətin ki,sən onunla
Həyatda arzuya çat.
İki başlı ilan,
Ya xeyirdir,ya ziyan
Risq ilə bu dünyada
Arzuya çatmaq olar.
Risq ilə bu dünyada
Dəhşət yaratmaq olar.
Elə olar işinlə
Ürəklərə yatarsan.
Elə olar aləmi
Bir-birinə qatarsan.
Bu yolun hansın seçim
Üzümə gülsün həyat.
Ancaq hər iki yoldan
Mən edirəm ehtiyat...
Rahatliq tapmaq olmur,
İçin-için yanırsan.
Gecələr xəyalınla
Üz-üzə dayanırsan.
Sevdiyin gözəl qıza
Sevirəm demək olmur.
Ehtiyat sevənlərə
Heç zaman kömək olmur.
İgidə yaraşıqdır
Deyənlər yanıblar,
İgidlər ehtiyatı
Bir qorxaqlıq sanıblar.
Çətin ki,sən onunla
Həyatda arzuya çat.
İki başlı ilan,
Ya xeyirdir,ya ziyan
Risq ilə bu dünyada
Arzuya çatmaq olar.
Risq ilə bu dünyada
Dəhşət yaratmaq olar.
Elə olar işinlə
Ürəklərə yatarsan.
Elə olar aləmi
Bir-birinə qatarsan.
Bu yolun hansın seçim
Üzümə gülsün həyat.
Ancaq hər iki yoldan
Mən edirəm ehtiyat...






