Halallıq ver şəhidim
Torpağı azad etdin,əsarətdən qurtardın,
Üzümüzü töhmətdən,xəcalətdən qurtardın,
Özünü dərdə saldın,bizi dərtdən qurtardın
Hesabına düzəltdim qaməti şux yeridim
"Sən hallıq isdəmə,halallıq ver şəhidim".
Bayrağımın al rəngi al qanınla boyandı,
Bayrağa and içənlər sənə içir o andı.
Ay-ulduzlu bayrağım Şuşada dalğalandı
Uzun illər Qarabağ həsrətindən əridim-
"Sən halallıq istəmə,halallıq ver şəhidim".
Sənin ayaq qoyduğum izinə qurban olum,
O ölümə dik baxan gözünə qurban olum,
Ya Qarabağ,ya ölüm sözünə qurban olum
Düşmənə qan qusduran Azərbaycan igidim-
"Sən halallıq isdəmə,halallıq ver şəhidim".
Cənnət-məkan Qarabağ yad əllərdən alındı,
Yeni qayıdış üçün yeni yollar salındı,
Məzarına düzülən çiçəklər halalındı,
Sən qanınla suvadın mənsə rahatca dərdim-
"Sən halallıq isdəmə,hallıq ver şəhidim".