n2006

n2006 Şeirlər 9-09-2021, 10:00

"YAĞIŞIN SİRRİ"

"YAĞIŞIN SİRRİ"
Yağış yağır indi .....

Sus qulaq as eşit səsini
O şırıltıdakı gizli nəğməni
Yağışın buluda sevgisini
Sus diqqətlə duy sevgini
Yağışın günəşə həsrətini
Gör yağışın varlığını heç günəş bilərmi?!


Sus! Dinlə yağışın hekayəsini
Gör necə hüzünlü bir sevgili
Gizlətmiş bunca il sirrini
Ya da insanlar anlaya bilməmiş
Təbiətin sehirini
Demə o bağlıymış buludlara bir yar kimi

Onları ayırmış göylərin qəzəbi
Buludlar dəyərkən bir-birinə
İldırımlar çaxırmış şiddətlicə
Yağışda yağırmış belecə
Qəzəb onu yarından ayırdığına görə
O da küsmüş üsyan etmiş dünya aləmə


İnad etmiş gecənin səssizliyinə
Yağmış seslicə -küylücə
Sanki oyatmaq istəmiş gözəl yuxuya gedənləri
Sevgi röyasına uyubda eşq bəlasına düşənləri
Qisas almaq istərmi ?
Yoxsa xəbərdar etmək niyyəti
Bəlkə yas tutmaqdır
Qəzəbin məhv etdiyi sevgisinə istəyi

Qəzəbdən uzaq durun ey sevgililər !
Yoxsa o bir gün pak duyğuları məhv edər !

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
494 478 378 468 428 436

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.