Mən sənə inanan deyiləm daha
Gözünün yaşını tökmə nahaqdan,
Mən sənə inanan deyiləm daha.
Sevsən də sev məni yalnız uzaqdan,
Mən sənə inanan deyiləm daha.
Bu yanan atəşdə yandım bir zaman,
Sənsiz keçən ömrü dandım bir zaman.
Saxtanı həqiqi sandım bir zaman,
Mən sənə inanan deyiləm daha.
Ovladın qəlbimi baxışla, gözlə,
O gülən çöhrəylə, eşq dolu sözlə.
Qarşıma çıxırsan sən hansı üzlə,
Mən sənə inanan deyiləm daha.
Sən necə deyirdin elə edirdim,
Axı mən vəfasız səni sevirdim.
Yolunda ölümə desən gedərdim,
Mən sənə inanan deyiləm daha.
Sənsiz hey ağladım, gülmədim-desən,
Dərdimi kimsəylə bölmədim desən,
Bağışla sevgilim, bilmədim desən,
Mən sənə inanan deyiləm daha.
Mən sənə inanan deyiləm daha.
Sevsən də sev məni yalnız uzaqdan,
Mən sənə inanan deyiləm daha.
Bu yanan atəşdə yandım bir zaman,
Sənsiz keçən ömrü dandım bir zaman.
Saxtanı həqiqi sandım bir zaman,
Mən sənə inanan deyiləm daha.
Ovladın qəlbimi baxışla, gözlə,
O gülən çöhrəylə, eşq dolu sözlə.
Qarşıma çıxırsan sən hansı üzlə,
Mən sənə inanan deyiləm daha.
Sən necə deyirdin elə edirdim,
Axı mən vəfasız səni sevirdim.
Yolunda ölümə desən gedərdim,
Mən sənə inanan deyiləm daha.
Sənsiz hey ağladım, gülmədim-desən,
Dərdimi kimsəylə bölmədim desən,
Bağışla sevgilim, bilmədim desən,
Mən sənə inanan deyiləm daha.







