Darıxmaq
Yenə sənsiz darıxıram,
Darıxmaq necə olurki...
Gündüz daha çox sənsizəm,
Darıxmaq gecə olurki ?!
Darıxmağın bir yolu var,
Darıxmaqdan min yol gəlir.
Sənsizliyin dörd qolu var,
Dörd yandan bağrımı dəlir.
Darıxmağın adı mənəm,
Darıxmağın dadı səndə.
Bu hisslərin közü mənəm,
Bu hisslərin odu səndə...
Darıxmağın rəngi mənəm,
Darıxmağın qoxusu Sən...
Ürəyimin dincliyi sən,
Gözlərimin yuxusu Sən...
Gündüz daha çox sənsizəm,
Darıxmaq gecə olurki ?!
Yenə sənsiz darıxıram,
Darıxmaq necə olurki ?
Darıxmaq necə olurki...
Gündüz daha çox sənsizəm,
Darıxmaq gecə olurki ?!
Darıxmağın bir yolu var,
Darıxmaqdan min yol gəlir.
Sənsizliyin dörd qolu var,
Dörd yandan bağrımı dəlir.
Darıxmağın adı mənəm,
Darıxmağın dadı səndə.
Bu hisslərin közü mənəm,
Bu hisslərin odu səndə...
Darıxmağın rəngi mənəm,
Darıxmağın qoxusu Sən...
Ürəyimin dincliyi sən,
Gözlərimin yuxusu Sən...
Gündüz daha çox sənsizəm,
Darıxmaq gecə olurki ?!
Yenə sənsiz darıxıram,
Darıxmaq necə olurki ?







