amon

amon İdman 19-09-2021, 21:24

Ronaldu dayanmaq bilmir: Üç oyunda dörd qol

Ronaldu dayanmaq bilmir: Üç oyunda dörd qol
Bu gün Avropanın aparıcı çempionatlarında bir sıra maraqlı görüşlər keçirilir.

Onlardan bir çoxu gecə saatlarına təsadüf etsə dqə, bəziləri artıq başa çatıb.

Niderland birinciliyində “PSV Eyndhoven” ilə “Feyenord” qarşılaşması meydan sahibinin darmadağın olunmasıyla yadda qalıb. Belə ki, qonalar PSV-nin qapısından dörd cavabsız qol keçirib - 4:0.

İngiltərə Premyer Liqasında isə Kriştianu Ronaldo fırtınası əsməkdə davam edir.

“Mançester Yunayted”ə keçidindən sonra iştirak etdiyi hər oyunda qol vuran hüçumçu bu dəfə də “Vest Hem”ə qarşı fərqlənib. 36 yaşlı portuqaliyanın 35-ci dəqiqədə vurduğu qolda ofsayd şübhəsi olsa da, VAR hər şeyi öz yerinə qoyub və qol hesaba alınıb.

Beləliklə də, Ronaldo komandasının 2-1 hesablı üstünlüyülə bitən oyundakı qələbədə pay sahibi olub. Onu da qeyd edək ki, “Vest Hem” oyunun 90+5-ci dəqiqəsində bərabərlik şansını əldən verib. Mark Noble 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, Bakı vaxtilə saat 19:30-da “Totenhem” – “Çelsi”, 22:45-də PSJ – “Lion” və “Yuventus” – “Milan”, 23:00-da isə “Valensiya” – “Real” matçları start götürəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 358 376 389 345 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.