Gulusum

Gulusum Xəbərlər 25-09-2021, 21:14

Anım günü ilə əlaqədar Bakıda avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Anım günü ilə əlaqədar Bakıda avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
27 sentyabr Anım günü keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər olmaqla, bütün növ nəqliyyat vasitələri hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Belə ki, sentyabrın 27-də saat 06:30-dan anım tədbirləri tam başa çatanadək 1, 2, 3, 4, 5, 6, 10, 18, 21, 30, 31, 32, 37, 39, 46, 49, 53, 65, 77, 88, 125, 127, 175, 205 və M3 nömrəli marşrutlar üzrə avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
320 371 316 382 283 348

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.