n2006

n2006 Şeirlər 4-10-2021, 21:00

Allahım nə olar eşit duamı

Allahım nə olar eşit duamı
Həyat özü mənə dərs verir hərdən
Nəsə olur gözlər dolur kədərdən
Əlacmı,dərmanmı istərəm səndən
Allahım nə olar eşit duamı
Hər an hər dəqiqə sən ol pəhahım.

Bilirəm insanlar işıqsız görməz
Heç vaxt qaranlıq işığa dönməz
Səni tanımayan gün üzü görməz
Allahım nə olar eşit duamı
Hər an hər dəqiqə sən ol pəhahım.

Həyatım daima uğurlu olsun
Daima gözlərim sevincdən dolsun
Yaxınlarım hər vaxt yanımda olsun
Allahım nə olar eşit duamı
Hər an hər dəqiqə sən ol pəhahım.


Hərdən yazıram balaca şeirlər
Allahdan dilərəm daim xeyirlər
Gün gələr Sevincidə xoçbəxt eylər
Allahım nə olar eşit duamı
Hər an hər dəqiqə sən ol pəhahım.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
429 479 419 428 438 409

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.