ADMiN

ADMiN Bürclər 25-03-2017, 19:34

Bürclər: 25 mart

Bürclər: 25 mart


Qoç - planlaşdırma, fəaliyyət qrafikinin yenidən hazırlanması, əvvəl başladığınız işin başa vurulması üçün əlverişli gündür. Yarımçıq qalmış tapşırıqları yerinə yetirməyə səy göstərsəniz, sizi narahat edən qayğılardan biri azala bilər.

Buğa - başağrısı və halsızlıq ola bilər. Lakin bu vəziyyət qısamüddətli olacaq.  Yaxın dostlarınız və yaxşı tanıdığınız insanların yardımları mümkündür.

Əkizlər - gözlənilməz görüş mümkündür. Bu görüşün əsl səbəblərini bir qədər sonra anlayacaqsınız. Hadisələrin mənfi məcrada inkişafından qorunmaq üçün əvvəlcədən tədbirlər görməli olduğunuzdan, ehtiyat variantları fikirləşməyiniz pis olmaz.

Xərçəng - bu gün səhər saatlarında qohumlardan birinidən təklif alacaqsınız. Həmin təkliflə bağıl uzun-uzadı müzakirələr və ya təhlillər aparmağa ehtiyac yoxdur. Ani dəyərləndirmə və sürətli reaksiya tələb olunan davranış modelidir.

Şir - işdə mübahisələr istisna deyil. Həmkarlarınıza mövqelərinizin səhih və doğru olduğunu anlatmağa çalışarkən emosiyalara qapılmayın.
Elektron poçtunuzu yoxlayın. Orada gözlənilməz məktub ola bilər.

Qız - fiziki işlə məşğulsunuzsa, görəcəyiz işdən artıq həcmdə tapşırıqları yerinə yetirməyə çalışmayın. Bunun fəsadları ola bilər. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin.

Tərəzi - sizə yaxın olan insanlarla ünsiyyətdə açıq olun, qadağalar və məhdudiyyətlərin sayını könüllü şəkildə artırmayın. Müxtəlif yalanların pərdələri altında həqiqəti gizlətmək səylərinin müvəqqəti nəticələr verdiyini də bilin.

Əqrəb - xoş, amma o qədər də ciddi olmayan münasibətlərin başlanması mümkündür. Yeni tanışlıq yaxşı perspektivlər vəd edir. Hər şey sizdən asıldır. Aktiv, emosional, hərəkətli, mütəhərrik olun.

Oxatan - gün faydalı və ya xoş ola bilər - məziyyəti siz seçməli olacaqsınız. Ya mühüm işlərlə məşğul olub uğur qazanacaq, ya da dostlarla əla vaxt keçirəcək, amma heç nəyə nail olmayacaqsınız.

Oğlaq - günün həyat potensialı yüksəkdir. Ehtiyac varsa, idman və ya ağır fiziki işlə məşğul olmaq mümkündür. İmiclə eksperimentlər arzu olunan deyil.

Dolça - alış-verişdə bədxərclik etməyin. Ayaqqabı, geyim və ya aksessuar almaq fikriniz varsa, bələd olduğunuz markalara, tanıdığınız dükanlara və ya satıcılara üstünlük verin.

Balıqlar - bu gün istənilən mübahisədən qalib çıxa bilərsiniz. Səbəb sizin haqlı olmağınız yox, sizi fikrinizdən daşındırmağın mümkünsüz olduğunu opponentlərinizin anlamasıdır.(milli.az)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
608 675 645 615 667 610

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.