"Siqaret kimidir bəzi qadınlar"

Siqaret kimidir bəzi qadınlar,
Tərgidə bilmirsən, ata bilmirsən,
Bəzən də könlünə elə düşür ki,
Qoxusun çəkmədən yata bilmirsən.
Tərgidə bilmirsən, ata bilmirsən,
Bəzən də könlünə elə düşür ki,
Qoxusun çəkmədən yata bilmirsən.

Bir ömür yaşayır dodaqlarında,
Təsiri için'də sərnişin olur,
Birdə görürsən ki, alışqanlığa,
Çevrilir, ən axmaq vərdişin olur.
Təsiri için'də sərnişin olur,
Birdə görürsən ki, alışqanlığa,
Çevrilir, ən axmaq vərdişin olur.

Siqaret kimidir bəzi qadınlar,
Çəkdikcə alışır, bədənin, əlin,
Sonra bu vərdişə peşman olursan,
Çəkdiyin tüstülər gözünnən gəlir.
Çəkdikcə alışır, bədənin, əlin,
Sonra bu vərdişə peşman olursan,
Çəkdiyin tüstülər gözünnən gəlir.

Bəzən də o qədər ağır olur ki,
Nə götür əlinə, nə yandır onu,
Onun üzərində yazılmır axı,
Yazılmır, qoxusu ziyandır onun.
Nə götür əlinə, nə yandır onu,
Onun üzərində yazılmır axı,
Yazılmır, qoxusu ziyandır onun.

Siqaret kimidir bəzi qadınlar,
Dumanlar içində itirir səni,
Canına çəkdikcə, canınnan gedir,
İçinnən məhv edib, bitirir səni
Sqaret kimidir bəzi qadınlar.
Dumanlar içində itirir səni,
Canına çəkdikcə, canınnan gedir,
İçinnən məhv edib, bitirir səni
Sqaret kimidir bəzi qadınlar.

YAZAR : Ülvi SəmaZən
[media=https://www.youtube.com/watch?v=2vE80tnkY2c]







