ADMiN

ADMiN Maraqlı 26-03-2017, 01:02

Yaşamaq nədir?

Yaşamaq nədir?
Yaşamaq nədir? 

✿Yaşamaq,✿ 

alov alov Onun eşqi ilə nəfəs almaqdır.

✿Yaşamaq✿,

kainatın ürəyinin atışını öz ürəyində hiss etməkdir.

✿Yaşamaq✿,

dənizdə bir damla olmanın verdiyi həzzi hiss edib, dəryaya axmaqdır.

✿Yaşamaq✿,

bu dünya ilə məhdud olmadığını bilmək və sonsuz gözəllikdə itməkdir.

✿Yaşamaq✿,

səhər vaxtı bitməyən ağrılar ilə gözyaşlarının üsyan etməsidir.

✿Yaşamaq✿,

ovucunda bəslədiyin göyərçinlərin gözündəki hüznü paylaşmaqdır.

✿Yaşamaq✿,

bu böyük dünyaya sığa bilməmək və bir ürəkdə qərar tapmaqdır.

✿Yaşamaq✿,

bilmənin verdiyi ağrıda, səbəbini anlamadığın bir dad tapmaqdır.

✿Yaşamaq✿,

qaranlıqlar hər tərəfini qucaqladığında ONU düşünüb işıqlanmaqdır.

✿Yaşamaq✿,

məğlubiyyətdə zəfəri görməkdir.

✿Yaşamaq✿,

uduzmaları böyütmənin idrakı içində zamana əl yelləməkdir.

✿Yaşamaq✿,

böyük sirr qapısının qarşısında ONU axtarışın əziyyəti ilə yanmaqdır.

✿Yaşamaq✿,

səcdədə, ən aciz olduğun və heçliyə qanad açdığın yerdə mənanı tapmaqdır.

✿Yaşamaq✿,

öz mənlik həbsxanandan qaçınca dəyəri aydın olandır.

✿Yaşamaq✿,

Allaha gedən böyük əziyyət yolu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
893 898 784 720 786 684

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.