amon

amon İdman 24-10-2021, 15:14

“El-Klassiko”nun bugünkü qalibi kim olacaq – “Real”, yoxsa “Barselona”?

“El-Klassiko”nun bugünkü qalibi kim olacaq – “Real”, yoxsa “Barselona”?
Bu gün İspaniya La Liqasında “Barselona” və “Real Madrid” arasında növbəti El-Klasiko keçiriləcək.

Turun mərkəzi görüşü bu gün “Kamp Nou” stadionunda baş tutacaq.

“Kral klubu” 8 oyundan sonra 17 xalla üçüncü, Kataloniya təmsilçisi isə 15 xalla səkkizinci pillədə qərarlaşıb. Hər iki komanda çempionatda bir oyun az keçirib. Görüşü FIFA referisi Xose Mariya Sançes Martines idarə edəcək.

“El-Klasiko” Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Qeyd edək ki, indiyədək bütün rəsmi turnirlərdə baş tutan 246 “El-Klasiko”nun 98-də qonaqlar, 96-da isə Kataloniya təmsilçisi qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
505 504 486 513 421 437

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.