JoKeR

JoKeR İdman 28-10-2021, 06:50

"Bavariya" Almaniya Kubokunu darmadağınla tərk edib

"Bavariya" Almaniya Kubokunu darmadağınla tərk edib

Almaniya Kubokunun 1/16 finalında Mönxenqladbax "Borussiya"sı və "Bavariya" arasındakı oyun sensasiya ilə yekunlaşıb.

"Loading.az"in məlumatına görə, "Borussiya Park" stadionunda təşkil olunmuş qarşılaşmada meydan sahibləri 5:0 hesablı qələbə qazanıb.

Qolları Kuadio Kone 2-ci, Rami Bensebaini 15-ci və penaltidən 21-ci, Bril Embolo 51-ci və 57-ci dəqiqələrdə vurub.

Beləliklə, "Bavariya" ardıcıl ikinci mövsüm Almaniya Kuboku ilə ikinci raundda vidalaşıb. Ötən mövsüm "Holştayn Kil" komandası Münhen təmsilçisini penaltilər seriyasında üstələmişdi - 2:2 (penaltilərlə 6:5).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
379 359 353 375 431 399

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.