ADMiN

ADMiN Texnologiya 26-03-2017, 20:52

ABŞ-dan "Google" və "YouTube"a böyük zərbə

ABŞ-dan "Google" və "YouTube"a böyük zərbə



Böyük şirkətlər reklam yerləşdirməkdən imtina edib.

ABŞ-ın nəhəng şirkətləri ekstremist videolarla əlaqədar “YouTube” saytında reklamlarını yerləşdirməkdən imtina edirlər. “Pepsi”, “Walmart” və “Starbucks” şirkətləri də bu kampaniyaya qoşulublar. 

“Pepsi” şirkətinin yaydığı bəyanatda bildirilib ki, şirkətin “YouTube”-dəki bəzi reklamlarının nifrət və zorakılıq təbliğ edən videolarla birlikdə nümayişi narahatlıq və təəssüf doğurub. “Walmart” bu halın şirkətin imicinə uyğun olmadığını vurğulayıb. “Starbucks” də müvəqqəti olaraq “YouTube”-də reklamlarını dayandırdığını açıqlayıb.

Qeyd edək ki, bir neçə şirkətin “YouTube”-də reklamları ekstremist videoroliklərlə birgə yayımlanıb. Bundan sonra bir neçə böyük şirkət “YouTube”-nin məxsus olduğu “Google” şirkəti ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. Bunların sırasında ABŞ-ın nəhəng telekommunikasiya şirkəti “Verizon i AT&T”, kosmetika və tibb avadanlıqları istehsalçısı “Johnson & Johnson”, Böyük Britaniyanın “Royal Bank of Scotland”, HSBC və “Lloyds” bankları var.(apa)

“Google’ şirkəti isə reklamların yerləşdirilməsinə nəzarəti sərtləşdirəcəklərini, bir daha belə hala yol verilməməsinə çalışacaqlarını bəyan edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
692 596 556 603 572 612

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.