amon

amon Xəbərlər 28-10-2021, 18:39

“Azəriqaz” qazın təzyiqi ilə bağlı

“Azəriqaz” qazın təzyiqi ilə bağlı
“Təzyiqin aşağı olması ilə qazın olmaması arasında heç bir fərq yoxdur”.

Loading.Az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev Reaksiya TV-yə açıqlamasında deyib.

O bildirib ki, təzyiqin aşağı olması birbaşa olaraq “Azəriqaz” İstehsalat Birliyinə ziyandır:

“Təzyiq aşağı olduqda bizim qaz sayğacları sərfiyyatı düzgün yazmır və daha çox xəta edir. Təzyiq 16 millibardan aşağı olmamalıdır. Təzyiqin normada olması bizim yerli işçilərə əsas tələbimizdir. Ən azından ki, bizim ölçmə avadanlıqları daha az xəta ilə işləsin. Biz normal təzyiqin təmin edilməsində daha çox maraqlıyıq”.

Ruslan Əliyev qeyd edib ki, ötən illərlə müqayisədə hazırda bu tipli abonent müraciətlərinin həcmi 30-40 faizində azalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
300 294 347 272 293 285

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.