ADMiN

ADMiN Hekayələr / Maraqlı 27-03-2017, 01:58

Maraqlı Söhbət

Maraqlı Söhbət

Həftə sonu Həcər öz babasına baş çəkməyə getdi. 

İki gün çox tez keçdi və Həcər heç macal tapmamış, 

atası onu aparmağa gəldi.

Həcər babası ilə sağollaşıb, maşına minməyə getdi. 

Maşının yaxınlığında torpağın üstündən bir kəpənək qanadlarını açaraq,

Həcərin yanına uçdu."Sən artıq evə gedirsən, düzdür?”

– kəpənək asta səslə soruşdu.

Həcər heyrətləndi. "Sən məni tanıyırsan, bəyəm?”

"Əlbəttə” - kəpənək gülümsədi. "Baban qonşulara

sənin barəndə danışanda eşitmişəm” 

"Bəs nəyə görə əvvəl gəlib mənimlə danışmamısan?” - Həcər soruşdu.

"Bunu edə bilmirdim. Çünki bağdakı ağacın başında

baramanın içində idim.” – kəpənək izah etdi.

"Barama?! O nədir elə?” - Həcər soruşdu.

"Gəl sənə hər şeyi başdan danışım,” - kəpənək dedi və

dərindən nəfəs aldı. "Kəpənəklər yumurtadan balaca tırtıl olaraq çıxır.

Biz ağac yarpaqlarını yeyirik. Sonra bədənimizdən olan tellə özümüzü sarıyırıq. 

Toxuduğumuz həmin balaca torba barama adlanır.

Böyüyənədək həmin torbanın içində qalırıq. 

Oyananda və baramadan bayıra çıxanda bizim rəngarəng qanadlarımız olur. 

Həyatımızın qalan hissəsini uçaraq və güllərdən qidalanaraq keçiririk.”

Həcər başını tərpətdi: "Onda belə çıxır ki, bütün

rəngarəng kəpənəklər qanadları çıxana qədər tırtıl olur?”

"Budaqdakı yaşıl tırtılı görürsən?” – Kəpənək soruşdu.

"Görürəm, o yarpaqdan qopararaq yeyir.”

"O, mənim balaca qardaşımdır” – Kəpənək gülümsədi. 

"Bir azdan o da, torba toxuyacaq və sonra mənim kimi kəpənək olacaq.”

Həcərin çoxlu sualları yaranmışdı. "Belə bir dəyişikliyi necə planlaşdırırsınız?

Yəni, siz yumurtada nə qədər qalırsınız, tırtıl kimi nə qədər

yaşayırsınız və torbalarınızı toxumaq üçün sap-telləri necə düzəldirsiniz?”

"Biz bunların heç birini planlaşdırmırıq” – Kəpənək səbrlə başa saldı. 

Allah Özü bizə nəyi nə vaxt etməyi öyrədir. 

Biz sadəcə Yaradanın istəyini yerinə yetiririk.”

Həcər çox təsirlənmişdi. "Sənin qanadlarınn rəngləri çox gəşəngdir. 

Və mən biləni, bütün kəpənəklərin müxtəlif rəngləri olur, düzdür?

Onlar həqiqətən rəngarəng və göz oxşayandır!”

"Yerlərdə və göylərdə hər şey Allahı həmd edər… (Əl-Hədid surəsi, 1) 

Görmürsünüz ki, Allah yerə göydən su göndərir və onun vasitəsilə

Biz müxtəlif rəngli meyvələr yetişdiririk? Dağların üstündə ağ və

qırmızı rəgli cığırlar və tünd qara qayalar əmələ gətirdik. 

İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür 

müxtəlif rəngdə olanları var. Yalnız elmi olanlar Allahdan qorxar.

Allah həqiqətən qüdrətlidir, bağışlayandır. (Fatir surəsi, 27-28)

Bu, Allahın bənzərsiz sənətinin təsdiqidir. 

O, bizi bir-biri və ən gözəl şəkildə yaradıb” – deyə dostu Həcəri başa saldı.

Həcər həyəcanla təsdiqlədi. "Allahın yaratdığı gözəllikləri 

görməmək mümkün deyil. Ətrafımızda yüzlərlə nümunələr var!”

Kəpənək başını tərpətdi: "Haqlısan, Həcər. 

Bütün bu nemətlərə görə Allaha minnətdar olmalıyıq.”

Həcər çiyninin üstündən baxdı: "Atam gəlir.

Deyəsən, artıq yola düşürük. Səninlə tanış olmağa çox şadam. 

Gələn həftə gələndə yenə danışa bilərik?”

"Əlbəttə!” – Kəpənək başını tərpətdi. "Sağ-salamat gedin.”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
621 747 656 644 715 614

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.