Sənmisən?
Saçlarıma yağan qardan üşüyən,
Ürəyimdə donub qalan sənmisən?
Vəba kimi vücudumu bürüyən,
Ən sevdiyim böyük yalan sənmisən?!
Gecə yarı qarışdıran yuxumu,
Gözlərimi yumub açan sənmisən?
Uşaq kimi almaq üçün qoxumu,
Qapımızı döyüb qaçan sənmisən?
İnsanların arasında gəzdiyim,
Hara baxsam görünənim sənmisən?
Gün dönəndə ayaq alta əzdiyim,
Kölgəm kimi sürünənim sənmisən?
Güzgülərdə görünmür öz surətim,
Məni belə dərdə salan sənmisən?
Artıq çoxdan sən olmuşam, afətim,
Bəlkə səndə mənim kimi mənmisən?!
Ürəyimdə donub qalan sənmisən?
Vəba kimi vücudumu bürüyən,
Ən sevdiyim böyük yalan sənmisən?!
Gecə yarı qarışdıran yuxumu,
Gözlərimi yumub açan sənmisən?
Uşaq kimi almaq üçün qoxumu,
Qapımızı döyüb qaçan sənmisən?
İnsanların arasında gəzdiyim,
Hara baxsam görünənim sənmisən?
Gün dönəndə ayaq alta əzdiyim,
Kölgəm kimi sürünənim sənmisən?
Güzgülərdə görünmür öz surətim,
Məni belə dərdə salan sənmisən?
Artıq çoxdan sən olmuşam, afətim,
Bəlkə səndə mənim kimi mənmisən?!






