amon

amon Xəbərlər 22-11-2021, 17:33

Ötən ay “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin məbləği.

Ötən ay “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin məbləği.
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsaitin məbləği artıb.

Fonddan verilən məlumata görə, indiyədək fonda 64 611 281,3 manat yığılıb.

Beləliklə, ötən ayın müvafiq dövrü ilə müqayisədə fonda yığılan vəsaitin həcmində 1 028 093,13 manat artım olub.

Qeyd edək ki, oktyabrın 23-də fondda 63 583 188,17 manat məbləğində vəsait yığılmışdı.

Bununla yanaşı, fonda daxil olan vəsaitin 48 155 164,96 manatı xərclənib. Bu isə o deməkdir ki, son bir ay ərzində fond tərəfindən şəhid ailələri və qazilər üçün daha 3 646 603,48 manat vəsait sərf olunub.

Müqayisə üçün bildirək ki, ötən ayın 23-də fonda daxil olan vəsaitin xərclənən məbləği 44 508 561,48 manat təşkil edirdi.

Hazırda fondda 16 456 116,34 manat vəsait var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 370 377 362 346 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.