Həqiqət

Qədim yunan əfsanəsinə görə bir gənc həqiqətin gözəl olduğunu öyrənir
və onu axtarmağa başlayır.Gəncə deyirlər ki, həqiqətin yerini bir
ağsaqqal var O bilir.Cavan ağsaqqalın yanına gedir və həqiqətin
harda olduğunu ,gözəl olub olmadığını soruşur.Ağsaqqal həqiqətin
gözəlliyinə şübhə olmadığını ,amma onu axtarmağın təhlükəli
və çətin olduğunu söyləyir.Bütün bunlara baxmayaraq gənc həqiqətin
yerini qocadan öyrənir və onu tapmağa yollanır,Uzun yoldan sonra
cavan həqiqətin məskəninə gəlib çıxır.İçəri girəndə çox
eybəcər bir məxluq görür.Yaxınlaşıb ondan soruşur:
-Sən kimsən?
O, cavab verir:
-Mən həqiqətəm.
Oğlan deyir:
-Bəs deyirlər ki, sən çox gözəlsən.
Həqiqət deyir:
-Sənə yalan deyiblər,amma indi öyrəndin mən gözəl deyiləm.
Cavan bir müddət fikirləşdikdən sonra deyir:
-Orada,insanların arasında hamı məndən sənin
gözəlliyin barədə soruşacaq.Mən onlara nə deyim?
Həqiqət cavab verir.
-Yox! Sən onlara yalan de.De ki, həqiqət gözəldir.
Sizcə, doğrudan da "həqiqət"deyilən bir şey varmı?