n2006

n2006 Sevgi 27-11-2021, 18:00

Susmaq Gerek Bezen

Susmaq Gerek Bezen
Susarsan bəzən… Çünki ağlamaq,ağladıqca ürəyinin boşalmasını istəyərsən. Amma boşalda bilmərsən. Sakitləşdiyini düşünüb daha da o sakitliyə düşərsən. Axtararsan çooox axtararsan amma nəyi tapdığını nəyi itirdiyini bilə bilmərsən…

Susarsan bəzən…Çünki,nə var nə yoxsa danışmaq istəmərsən. İçindəki gizli yaraya baxa-baxa. Yanarsan, üşüyərsən, ölərsən. Kiçik bir ah düşər içinə… Böyüyər böyüyər böyüyər… Böyüdükcə sən min parçaya bölünərsən bəlkə. Amma susarsan. Yenə susarsan.


Susarsan bəzən…Çünki min cümlə düşər içinə min dərd düzülər ürəyinə… Min dərd bir səs etməz. Susarsan yenə… Son gediş kimi heç gəlməmiş kimi heç olmamış kimi “heç” olmuş kimi… Susarsan…

Susarsan bəzən…Çünki Səni nə qədər incitsədə bağışlayarsan,həmişə keçməyə çalışarsan,o xoşbəxt olsun deyə həmişə gülərsən amma içində qan ağlayarsan…
Onun səhvlərini görməməzlikdən gələrsən,nə qədər acı versə belə yenədə imtina edə bilmərsən… İncitməkdən qorxarsan,istəmərsən canı yansın… Kömür kimi közərsəndə sönərsən. Susarsan…

Yanarsan bəlkə….
Gizlənərsən, gizləyərsən içində açılan yaranı hər kəsdən.
Sənə acı verən isə” verdiyi acını belə sevərsən

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
540 631 591 596 482 571

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.