XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Mətbəx 27-11-2021, 16:30

Tavada 10 dəqiqəyə Kartofdan Pizza hazırla (kartoflı pizza resepti)

Tavada 10 dəqiqəyə Kartofdan Pizza hazırla (kartoflı pizza resepti)
Hər kəsin asanlıqla hazırlayaca biləcəyi ləzzətli pizza resepti. Ancaq bu pizza üçün xəmir yoğurmağa ehtiyac yoxdur. LoaDinG.Az 10 dəqiqəyə tavada kartof pizzasının reseptini təqdim edir.

Tərkibi

2 ədəd yumurta
700 qr qabığı soyulmuş kartof
2 xörək qaşığı un
3-4 diş sarımsaq
duz, istiot
3 xörək qaşığı xama
1 çay qaşığı Dijon xardalı
200-250 qr hisə verilmiş ovçu kolbasası
2 ədəd orta ölçülü soğan
1 şirin bolqar bibəri
150 qr çerri pomidoru
170 qr bərk pendir
bir neçə budaq yaşıl soğan
bitki yağı


Hazırlanması!

İlk öncə soğanları yarım halqa şəklində doğrayın və tavada yüngülcə qovurun.Doğranmış bolqar bibəri əlavə edib bir neçə dəqiqə bişirin. Doğranmış kolbasa da əlavə edib qarışdırın və ocağın altını söndürün. Kartofu mətbəx kombaynından (və ya rəndənin iri gözündən) keçirin. Bir qaba kartof, əzilmiş sarımsaq, yumurta, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın.

Tavanı 2 xörək qaşığı bitki yağıyla yağlayın. Kartoflu kütləni yağlanmış tavaya yayın, zəif ocaqda təxminən 5 dəqiqə bişirin. Bir qabda xama və xardalı qarışdırın. Pendiri rəndələyin və pomidorları yarı bölün. Tavada bişən kartofu çevirin və 2-3 dəqiqə sonra bişən kartofa xamalı-xardallı sous yaxın. Bibərli-kolbasalı qarışığı sousun üzərinə yayın. Yarı bölünmüş pomidorları düzün, rəndələnmiş pendir və doğranmış göy soğan səpin. Ocağı zəiflədin, tavanın qapağı bağlı pendir əriyənədək bişirin.


Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
480 529 487 468 474 518

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.