ADMiN

ADMiN Maraqlı / Sevgi 28-03-2017, 01:54

Insan itirdikləriylə insandır

Insan itirdikləriylə insandır

Hər səhər pəncərənin kənarına qonan quş artıq gəlməz olmuşdur. 

Boyat çörək qırıntıları, küsəyən bir quşun geridə buraxdığı 

son parçalardır. Kim bilir hansı səbəbə inciyib getmişdir buralardan

Bir quş gedərkən nələri apara bilər ki yanında

Halbuki bir sevgili gedərkən xeyli çox şeyi aparıb getmişdir.

Utancaq ilk toxunuşları,

Axşam vaxtı kino çıxışında yağışa yaxalandığınız andakı qucaqlaşmaları,

Kimi səhifələrindəki sətirlərin altı xətli şeir kitablarını,

Telefonda danışarkən ağlayışlarını,

Soyuq bir havada boyuna doladığın və onun ətri hopmuş şərfi,

Qarşılıqlı içilən qəhvələrin dəyişməz fincanlarını,

Filmlərdən əzbərlədiyiniz və bir-birinizə söyləyib dayandığınız atmacaları,

Yoldaşlarınızla birlikdəykən eşqbazlıq olaraq bir-birinizə atdığınız şəhvətli baxışları,

Insan itirdikləriylə insandır

Küçələrinə gizlədiyiniz gülümsəmələri,

Sıx getdiyiniz bir restoranın qoxusunu,

Evlənincə ilk həftə ediləcək yemək siyahısını,

Unudulmuş bir görüşdən qopan müzakirələri,

Öz əlləriylə etdiyi və duzunu çox qaçırdığı bir 

yeməyi yeyərkən üz büzüşdürmələrinizi

Hər gecə ayın şəklinə baxıb verdiyi yeni adları,

Uşaqlığından bəri saxladığı və artıq parçalanmağa 

üz tutmuş sağından solundan iplər sallanan körpə oyuncağı

Solğun gecələrin ayazında birlikdə edilən duaları,

Həyat və insan olmağa dair sonsuz söhbətləri,

Küçə lampalarının şən işığıyla paylaşılan təklikləri,

Xışıltılı bir radioda oxunan mahnıya rəqsləri

Bəzi sətirlərindəki mürəkkəbi gözyaşlarıyla dağılmış məktubları,

İtirdiyimiz yaxşı dostları xatırlayarkən gözlərinin dolub dolub daşmalarını,

Insan itirdikləriylə insandır

Onun üzü, baxışları, əlləri, hüznü, sevinci, həyatınıza girdiyi ilk 

andan etibarən yaşanılan hər nə varsa alıb getmişdir sevgili

Bir sevgili getdiyində, ona baxdığınız gözlərinizi də alıb getmişdir

Bir sevgili getdiyində altında onunla gəzdiyiniz səmanı da alıb getmişdir


Bir quş, bir sevgili…

İnsan itirdikləriylə insandır

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
538 573 518 479 480 518

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.