Gulusum

Gulusum İdman 10-12-2021, 20:16

Maqnus Karlsen yenidən dünya çempionu olub

Maqnus Karlsen yenidən dünya çempionu olub
Norveçli şahmatçı Maqnus Karlsen dünya çempionu titulunu qoruyub.

LoaDinG.Az in məlumatına görə, 31 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə dünya şahmat tacı uğrunda görüşün 11-ci partiyasından da qalib ayrılıb. Nepomnyaşi 49-cu gedişdə təslim olub.

Bununla da sona 3 tur qalmış hesab 7,5:3,5 olub və Karlsen çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

Qeyd edək ki, Maqnus Karlsen ilk dəfə 2013-cü ildə dünya şahmat tacına yiyələnib. O, hindistanlı Vişvanatan Anandı məğlubiyyətə uğradıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
365 486 422 390 467 361

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.