Gulusum

Gulusum İdman 10-12-2021, 20:18

"Qəbələ"nin baş məşqçisi: "MOİK-lə görüş ağır alındı"

"Qəbələ"nin baş məşqçisi: "MOİK-lə görüş ağır alındı"
."Düşündüyümüzdən də ağır oyun alındı".

LoaDinG.Az ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə MOİK-ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra heyətdə bəzi rotasiyalar etməyə və az oynayan futbolçulara şans verməyə çalışıblar. Onun fikrincə, I Liqa komandaları ilə səviyyə baxımından fərq elə də hiss olunmur: "Oyun da bunu göstərdi. Ümumilikdə komandam ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı".

Qeyd edək ki, "Qəbələ" 1/4 finalda "Sumqayıt"la qarşılaşacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
337 429 386 375 378 369

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.