Gulusum

Gulusum İdman 10-12-2021, 20:20

Azərbaycan Kuboku: "Qəbələ" və "Səbail" 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Qəbələ" və "Səbail" 1/4 finala yüksəlib
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

LoaDinG.Az in məlumatına görə, "Dalğa Arena"da I Divizion təmsilçisi MOİK və Premyer Liqada mübarizə aparan "Qəbələ" komandaları üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 34-cü dəqiqədə meydan sahiblərinin hücumçusu İlham Allahverdiyev açıb. "Qəbələ" bərabərlik qolunu 55-ci dəqiqədə vurmağa müvəffəq olub. 75-ci dəqiqədə Elşən Veysov qırmızı vərəqə alaraq, "hərbçilər"i azlıqda qoyub. "Qırmızı-qaralar" say üstünlüyündən 88-ci dəqiqədə yararlanıb. Ülvi İsgəndərov qələbə topunu vuraraq, "Qəbələ"ni 1/4 finala çıxarıb.

Növbəti mərhələdə rəqib "Sumqayıt" olacaq.

Qeyd edək ki, günün ilk oyununda "Səbail" səfərdə "Zaqatala"ya 3:1 hesabı ilə qalib gələrək, 1/4 finalda "Zirə"yə rəqib olub. 1/8 finalın digər 2 matçı dekabrın 11-də oynanılacaq. Kubokun son qalibi "Keşlə" "Qaradağ Lökbatan"ı, "Sabah" isə "Kəpəz"i qəbul edəcək

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
398 472 436 439 477 432

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.