Dəniz
Xəzər üçün darıxmışdı. Beynindəki fikirləri də götürüb sahilə yol alan rəssam uzun müddət görmədiyi sevgilisinin görüşünə tələsirdi sanki. Sahilə çatanda möhtəşəm görüntü onu ağuşuna alıb başqa aləmə apardı. Hətta adını da unudan rəssam allah bilir bir də neçə saatdan sonra xəyal dünyasından ayrılıb yerə enəcəkdi. Rəssam libasını çıxararaq dərviş libasını geyindiyi andan etibarən gözü təbiətdən başqa heç kimi görməz və eşitməzdi… Evə qayıdanda yenə gündəliyini götürüb qeydlər apardı:
“Dönüb dənizə baxarkən sanki yaşıl füruzə idi. Hər dəfə bir rəngə girir. Ləpədöyən hələ bil ki, parıldayan dövrələr idi. Sudan görünən qayalar sanki əfsanəvi heyvanlardır. Bunlara baxanda elə bil ki, sürətlə gedirlər. Gah sulara qərq olur, gah da sudan sürətlə çıxıb özlərini insanlara göstərirdilər. Onlara dəyən ləpələr elə bil ki, onların üzməsindən suları hərəkətə gətirir”. (1973-cü il.)