Gül.
Dağın döşündə güllər açmışdı. Hamı sözləşib ən gözəl gülləri gətirəcəklərini mərc etdi. Hər kəs dağılışdı. Rəssam tələsmədən gül yığmağa yollandı. Hamıdan axırda gəldi. Dostları rəssamın gətirdiyi gülləri görəndə utandıqlarından gülləri gizlincə yerə atdılar. Ahəng, nə ahəng… Rəsm əsəri. Bir yerə yığılmağın bundan gözəl nümunəsi ola bilməzdi.






