n2006

n2006 Hekayələr 20-12-2021, 16:44

Nifrəti Ürəyində Nə Qədər Gəzdirə Bilərsən?

Nifrəti Ürəyində Nə Qədər Gəzdirə Bilərsən?
Bağça müəlliməsi uşaqlarla bir oyun oynamaq istəyirdi.Müəllim uşaqlara içində bir neçə dənə kartof olan plastik torba gətirmələrini dedi.Hər kartofun üzərinə xoşunuz gəlməyən insanın adını yazın.Beləliklə uşaqların torbası xoşları gəlməyən insanların adları ilə dolu olacaqdı.

Beləliklə bir neçə gün keçdi.Uşaqlar xoşları gəlməyən insanların adları olan kartof torbasını gətirdilər.Bəzilərinin 2,bəzilərinin 3 kartofu vardı.Müəllim onlara hara gedirlərsə getsinlər bu torbanı da bir həftə içində özləri ilə aparmağı dedi.Günlər keçdikcə uşaqlar çürümüş kartoflardan gələn qoxudan şikayətlənməyə başladılar.Həmçinin də bu kartoflar onlara ağırlıq da verirdi.1 həftə sonra uşaqlar bundan azad oldular ,çünki artıq vaxt bitmişdi.
Müəllimə soruşdu:”Özünüzü necə hiss edirdiz bu bir həftədə bu torbanı daşıyanda?”Uşaqların əsəbi halda şikayətlənməyə başladılar ki ,onlar hara gedir getsin bu çürümüş və ağır torbanı özləri ilə daşımaq məcburiyyətində qalırdılar.Müəllimə onlara bu oyunun arxasında gizlənən sirri danışdı.Müəllimə dedi:”Bu sizin ürəyinizdə kiməsə olan nifrəti daşımaqla eynidir.Nifrətin qoxusu sizin ürəyinizi də çürüdür və siz hara getsəniz onu özünüzlə daşıyacaqsınız.Əgər siz bir həftə çürümüş kartofun qoxusuna dözə bilmirsinizsə , onda təsəvvür edə bilirsiz nifrət qoxusunu bir ömürboyu ürəyinizdə daşımaq nə kimi şeydir.

Nəticə :Ürəyinizdən kiməsə qarşı olan nifrət hissini atın bununla siz bir ömür boyu ürəyinizdə ağır yük daşımaq məcburiyyətində olmayacaqsız.Digərlərini bağışlamaq ən yaxşı hərərkətdir.Kiminsə barədə olan mənfi fikirlər sizin beyninizi heç vaxt sakit saxlamayacaq.Onun barədə daha yaxşı şeylər fikirləşin və nifrəti kənara atın

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 530 561 593 534 531

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.