n2006

n2006 Şeirlər 21-12-2021, 11:24

Saatım - Qəlbim

Saatım - Qəlbim
Saatımla ürəyimin
ahəngi birdir;
bir dəqiqədə 60.
Saatımı mən qururam,
vaxt üstündə.
Ürəyimi həyat qurur,
qəm üstündə.
Qayğı,
ümid,
nigaranlıq,
baxt üstündə.
Saatım dayananda,
qulağını bururam,
yenə çıq-çıq işləyir
ürəyimin sükutunu gizləyərək.
Tez, ya gec,
Bilirəm ki, gələcək,
saatımla ürəyimin ayrılığı.
Nə qədər ki vurur ürək
Saatımı öz vaxtında quram, gərək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
575 581 558 508 547 526

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.