aynure

aynure özünü 😕 yorğun hiss edir. Statuslar 25-12-2021, 20:17

Yoxluq ağrısı(

Yoxluq ağrısı(
Bəzi ağrılar baş döndürür eynən içkilərdə ki, kimi. Bəzi ağrılar çəkilməz gəlir ama çəkilir. Çünki başqa yolu yoxdu. Heç 'mən elə bir şeyə dözə bilmərəm' dediyiniz anlar oldu mu? Mənim oldu və olmaqda davam edir. Ən pisi, ən pis nə varsa yaşadım. Ahmet Mümtaz Taylanın bir sözü var deyir ki, ''Kötü gidiyor her şey. Bundan daha kötüsü olamaz diyorum, oluyor.'' Bəzi ağrılara çiçək düzmək gərək, gərək ki, onlarda var olduqlarını hiss etsinlər. Çünki ağrılarında var olduqlarını hiss etmələrinə ehtiyac var çünki hiss etmədikləri zaman insanın canını daha çox yandırırlar boşluğa düşürsən. Buda keçər dediyim amma ilk günki kimi yaşadığım ağrılarım çoxdu. Pula satsam milyarder olaram. Heç 'Allahım kömək elə' deyə bağırmaq istədiyiniz oldu mu? Mənim oldu və olmaqda davam edir. (Mən bilirəm ancaq dar gündəki duadan utanmaq nədir.) Heç keçməyəcək hə? deyə sual verirəm bəzən özümə. Özüm özümlə dərdləşirəm və bir yanım ölmüş yanıma son bir nəfəs daha alsın deyə ümid verir. Deyir ki, 'Keçəcək, hər şey keçəcək. Bir gün xoşbəxt olacaqsan inan mənə!' Elə hökmlə deyir ki, bunu özümün inanmağı gəlir. İnsan özünü yalanlara inandırmadan yaşaya bilməz deyirlər yalan deyirlər. Ömrüm boyu həqiqətləri qəbul edərək yaşadım təbii buna yaşamaq deyilərsə amma yaşadım. Bir söz var tez tez deyirsiz 'Zaman unutdurmur filan etmir' deyə. Zaman unutdurur yalan danışmayın. İzi qalsada, ara sıra yada salıb göz yaşınızı silsəniz də zaman unutdurur zamanla. Hə yox mən unutmadım hələ də eyniyəm deyirsənsə o zamanın deyil sənin unutmaq istəməyən ürəyinin problemidir əzizim. Cavab vermir deyə hər zaman dünyanı, zamanı və bəzi susqun insanları günahkar bilməkdən vazkeç. Çünki bəzən zaman, intiqam almaq üçün bəzi ağrıları sənə verib başıvı döndürür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
610 645 621 625 594 493

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.