ADMiN

ADMiN Maraqlı 30-03-2017, 02:31

İnsanın içinə cin girə bilərmi?

İnsanın içinə cin girə bilərmi?


Məşhur üləma və şeyx bunun cavabını verdi

Məşhur şeyx və üləma Yusif Kərdavi dünyada istisnasız olaraq bütün müsəlmanların maraqlandığı suala cavab verib. Şeyx Kərdavi "Əl Cəzirə" telekanalının canlı yayımında olarkən tamaşaçılardan biri studiyaya zəng vuraraq deyib: "Cinlərin insanın içinə girməsi, ona hakim kəsilməsi və onun dili ilə danışmağı bacarmaları barədə deyilənlər doğrudurmu?" sualına belə cavab verib:

"Cinlərin insan vücudu və ruhuna hakim kəsilmək imkanlarına malik olmaları barədə indiyədək heç nə oxumamışam. Qurani-Kərim də bunu inkar edir. Allah deyir: "Biz Adəm övladlarına sayğı göstərdik" (17:70). Allah-Təala insanı Yerin hakimi, Allahın qulu və hökmdarı edib. Heç ola bilərmi ki, Yaradan Yeri insana tabe edəndən sonra bəşər övladını cinlərə tabe etsin və cinlərə insana hakim olmaq, insanın dili ilə danışmaq imkanı versin?! Qurani-Kərimdə deyilir ki, insan cinləri idarə edə bilər. Süleyman peyğəmbər belə insan idi. Allah ona "inşaatçı" cinlərdən tutmuş, "suyadalan" və "qandallanmış başqa cinləri" (38:38) vermişdi. "Onlar möhtəşəm binalar, hovuzlara bənzəyən qablar və tərpənməz qazanlar yaradırdılar" (34:13) və s."

Kərdavi daha sonra deyib: "Hər hansı cinin insanı idarə etmək imkanına gəldikdə isə, Qurani-Kərimdə buyurulur: "Şeytan məşhər günü deyəcək: "Sizin üzərinizdə heç bir hakimiyyətim yoxdu. Sizi çağırır və siz də mənə qulaq asırdınız" (14:22). Yəni şeytan insanları günaha və pis əməllərə çağırır, bəzi yolundan çıxan adamlar da ona qulaq asır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
615 645 573 580 558 609

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.