amon

amon Məşhurlar 5-04-2017, 22:11

"Elə xalq artisti var ki, xalq mahnılarımızı bilmir" - əməkdar artist

"Elə xalq artisti var ki, xalq mahnılarımızı bilmir" - əməkdar artist
"Elə xalq artisti var ki, xalq mahnılarımızı bilmir" - əməkdar artist“Artıq özümə deyirəm ki, Firuzə qınından çıx, dəyiş. Məni bu sənətdən küsdürən səbəblər çoxdur”.

Loading.Az xəbər verir ki, bu sözləri əməkdar artist Firuzə İbadova “10-dan sonra” verilişindəd eyib.

Müğənni efirdə fonoqramla oxuyan həmkarlarını tənqid edib:

“Canlı oxuyun da, o boyda səsiniz var. Elə xalq artisti var ki, xalq mahnılarımızı bilmir. Müğənninin səsi səhər də, günorta da, axşam da işləyir. Bunu bəhanə edirlər. Ürək varsa, səs də var. Səsim işləmirsə, gedib evdə oturmalıyam. Bunu əməkdar və xalq artistlərimizə deyirəm. Gənclərə deyə bilmərəm, yoxsa məni paxıllıqda günahlandırarlar. Mən sənətə pul üçün gəlməmişdim. Açıq-saçıqlığın tərəfdarı deyiləm. Müğənni ancaq səsini nümayiş etdirməlidir. Məni küsdürən, incidən səbəblər çoxdur. Çox vaxt verilişə dəvətləri qəbul etmirəm. Gedəcəm, burada sənətə hörmət etməyən gənc müğənni oturacaq, məni öz səviyyəsinə salacaq, özünü mənim səviyyəmə qaldıracaq". (BiG.AZ)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
589 602 579 580 566 536

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.