Sevgi nədir?
Sevgi nədir?Min nəfərə bu sualı versən min fərqli cavab alacaqsan.Nə qədər insan varsa dünyada-bu suala o qədər fərqli cavablar var.
Hər sevgi hekayəsi həm həqiqətdir,həm də yalan.Çünki Böyük bir həqiqətin kiçik bir hissəsidir.Orda həm qorxu var,həm də əzab.Bir az da dəlilik.Bir az qurban vermə,bir az da eqoizm...
Sevgi etibar və xəyanətdir.İnam və satqınlıqdır.
Axı sənə xəyanət etməsəydilər xəyanətin nə olduğunu haradan biləcəkdin?
Sevgi zəifi güclü edir,güclünü də zəif.O yüksəklərə,əlçatmazlığa qaldırır,həm də ən dərin uçuruma itələyə bilir.
Sevgi zənginlikdir.Sevgi hədiyyə və cəzadır.Xoşbəxtlik və bədbəxtlikdir.
O həm sənə verilən qanadlardır,həm də boynundan asılan daş ola bilər.
Sevgi etirafdır,həm də ən gizli sirrdir.Sevgi qul olmaqdır,həm də ən böyük azadlıqdır.
Sevgi uduzmaq incəsənətidir.Amma burda priz məhz uduzana verilir.Sevgi aldatmaq və aldanmaq incəsənətidir.
Sevgidə bir az nifrət də var.Bu onun əks üzüdür.
Yox,razı deyiləm,sevgidə nifrətə yer yoxdur.Özümü inkar etmiş olaram.Bəlkə kompromisdir?Yox,bu da deyil.Kompromis özünçün ola bilər,sevgi əzabının qarşısında olan qorxuna görə.
Bir az sevmək mümkün deyil.Necə ki çox sevmək mümkün deyil.Sevgidə az,çox yoxdur.Və bizim seçimimiz də buna bağlıdır-sevginin gücünə inanmaq,yoxsa oz komplekslərimizlə,qorxularimizla baş-başa qalmaq.
Əzab sevgi üçün ödədiyimiz haqdır.Yoxsa sən havayı istəyirdin?Sevgi bağışlayır,sən isə haqq ödəməyə çalışırsan hisslərinə görə.
Sevgi insanları əks etdirir.Böyük,kiçik sevgi olmur.Böyük, kiçik insanlar olur.
Sevgi də insanda olan xırdalıqdları silib atır,gözəl olanları daha da yüksəyə qaldırır ucaldır.Onun dalğası cəsarətli olanları ucaldacaq,qorxaqlar məhv olacaq.O bizim yaxşı və pis tərəflərimizi əks etdirir.
Sevgi bizik.Sən və mən.Sevgi bizi əks etdirir.
Sevdiyin insanda görə bildiklərin də sənin əks etdirdiyindir-həm pis, həm yaxşı.Yalnız özün özünlə səmimi və vicdanlı olmağın kifayətdir bunu görmək üçün.İnanmırsan?Mən səndə özümü görürəm və buna görə sənə minnətdaram.Öz yaxşı tərəfimi mənə göstərdiyin üçün
Sevgi həyatdır.Həyat isə sevgi.Onu gözləmək lazım deyil,gəlməyə də bilər.
Ona inanmaq da lazım deyil,bəzən ümidlərini qırar.Sadəcə sevmək lazımdılr.
Bəs neyləmək lazımdır ki səni sevsinlər?Nə etmək lazımdır ki sevgini qəbul etsinlər?Heç nə.Əgər o sənə verilməyibsə onu pula ala bilməzsən,onu xahiş edə bilməzsən,borc da götürmək olmur.Məcbur etmək də olmaz.Onu ancaq bağışlayırlar.
Sənin diaqnozun budur.Səni sevmirlərsə,sənin sevgini qəbul etmirlərsə günahkar özünsən..Sevgini qəbul etmirlərsə özünü dəyişməyə çalış,amma özünə xəyanət etmə. Sənin özünə münasibətini dəyiş.Başqa insanı dəyişmək mümkün deyil.Bunu ondan başqa heç kim edə bilməz.Özü istəməsə alınmaz.Sevirsənsə başqasını olduğu kimi qəbul edə bilirsən.
Sevgini necə tapmalı?
Heç cür.O özü gəlir...və bir də getmir.O dünya kimi əbədidir.Biz sevgi axtarmırıq.Özümüzü axtarırıq əslində.Bizi əks etdirəni axtarırıq.Harda ki güzgü özümüzü aydın əks etdirir,orda da sevgimizi tapırıq.
O sizi hər yerdə tapacaq,ondan qaçmaq mümkün deyil.Heç özün də bilməyəcəksən necə gəldi,hardan gəldi ömrünə.Nə gec,nə də tez olmayacaq-vaxtında gələcək.Sən onu qəbul etməyə hazır olduğun bir vaxtda.
Sev.Bağışla.Sevin.Öyrən.Sevgi həm cəhənnəm əzabıdır,həm də cənnət həzzi.
Sevginin qiyməti Həyatdır.Hakimi isə ölüm.Amma buna dəyər.
Tapmaq...itirmək üçün.İtirmək...yenidən qazanmaq üçün!