n2006

n2006 Sağlamlıq 12-01-2022, 12:30

Üşütmənin səbəbi ...???

Üşütmənin səbəbi ...???
Xüsusilə qış aylarında fikir verin... Qadınların əlləri və ayaqları daha çox üşüyür. Qadınların dəmirə olan gündəlik ehtiyacı kişilərə nisbətən iki dəfə çox olsa da onların əl və ayaqlarının çox vaxt soyuq olmasının səbəbi əslində tamamilə başqadır. Belə ki, qadınlarda daha çox rast gəlinən əllərin və ayaqların davamlı olaraq üşüməsinin səbəbi qan damarlarındakı daralmadır.


İngiltərənin "Daily Mail" qəzetinin internet saytında dərc olunan xəbərə görə, kapilyar damarların reallaşdırdığı mikrosirkulyasiya sayəsində dərimiz daim isti qalır. Ancaq bədən soyuq hava ilə qarşılaşdığı anda kapilyar damarlar sanki "bağlanır" və ürək, ağciyər kimi həyati əhəmiyyətli daxili orqanları isitmək üçün işləməyə başlayır.

Bu proses tibbdə qan damarlarında daralma adlanır. Soyuqda qaldığımız zaman qol və qıçlara dəqiqədə orta hesabla 0.02 litr daha az qan gedir. Bu bəzən iki və ya üç litr də ola bilir.Yəni bu, bədənnin istiliyinə əhəmiyyətli dərəcədə təsir edəcək miqdardır. Odur ki, soyuq havalarda əllərin və ayaqların bədəndəki ən soyuq yer olmasının, hətta bəzən göyərməsinin səbəbi bundan ibarətdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
454 445 379 369 424 368

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.