amon

amon Hekayələr 14-06-2020, 21:46

Gecikmiş sevgi.

Gecikmiş sevgi.
9-cu sinif
İndi dərsdəyik.Yanımda dünya şirini bir qız oturur.Ona baxmaqdan doymuram,onu nə qədər çox sevdiyimi bilmir.O mənim ən yaxın dostumdu.Məni yalnız dostu olaraq görür.Səbəbini bilmirəm amma özümdən çox utanıram...

10-cu sinif
Evdəydim zəng vurub dava elədiklərini və mənə ehtiyacı olduğunu dedi.Sonra bizə gəldi.Məni möhkəm - möhkəm qucaqlayıb ağladı.İndi başını dizlərim üstə qoyub yatır,saçlarını oxşayıb o gül üzünə həsrətlə baxıram.Mən onu o qədər çox sevirəm.O məni yalnız dostu olaraq görür.Səbəbini bilmirəm, amma özümdən çox utanıram...

11-ci sinif (Məzuniyyət)
Onunla uşaqlıqdan dostuq.8-ci sinifdə oxuyanda bir-birimizə söz vermişdik ki,məzuniyyətə sevdiyimiz olmasa bir gedəcəkdik.Məzuniyyət günü mənə zəng vurub dedi ki, sevdiyim xəstələnib gələ bilməyəcəyini dedi və bir gedə bilərik mi deyə soruşdu.Qəbul etdim, onu evindən götürdüm.Məzuniyyətdəki ən gözəl qız o idi.Dümağ paltarıyla bir mələk kimi idi..Gecə boyu rəqs etdik.Qollarımdaykən eyni şeyi fikirləşdim onu çox sevirdim.Gecə sonunda onu evinə buraxdım.Məni yanağımdan öpüb ən yaxşı dostu olduğumu söylədi.Onu həqiqətən çox sevirəm,amma o məni dost olaraq görür.Ona onu sevdiyimi necə deyə bilərəm axı.Səbəbini bilmirəm, amma özümdən çox utanıram...

Aradan illər keçdi..
İndi o canımdan çox sevdiyim mələyimi torpağa verirəm.Xüsusi əşyalarının arasından qara üzlü bir dəftər çıxıb, onu mənə verdilər.Oxuyub oxumamaqda qərarsızdım.Açdım.Bu bir gündəlik idi və bir səhifəsində belə yazırdı: "İndi dərsdəyik və yanımda dünya yaraşıqlısı bir oğlan oturur.Ona baxmaqdan doymuram.Onu nə qədər çox sevdiyimi bilmir.Məni dostu olaraq görür.Sevdiyim var yalanını söyləyərək və davamlı onunla əlaqədar yalanlar uyduraraq yanında ola bilirəm.Onu canımdan çox sevirəm.Mənə bir dəfəcik SƏNİ SEVİRƏM desəydi dünyalar mənim olardı..."

İndi Onsuz Qalan Mən...
Mən bu sətirləri oxuyarkən mələyimi çoxdan torpağa veriblər.Gözümdən axan yaşları saxlaya bilmirəm.Gözümü məzarından götürə bilmirəm.Mələyim mən də, mən də SƏNİ ÇOX SEVİRƏM ..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
712 692 634 673 721 634

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.