DeliBirHatun

DeliBirHatun özünü 🙁 darıxan hiss edir. İdman 17-01-2022, 18:30

Türk futbolçu "Marsel"i məğlubiyyətdən xilas edib

Türk futbolçu "Marsel"i məğlubiyyətdən xilas edib
Futbol üzrə Fransa Liqa 1-də XXI turun son oyunu "Marsel" və "Lill" arasında keçirilib.

"Velodrom" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Hesabı 15-ci dəqiqədə qonaq komandadan Sven Botman açıb. 32-ci dəqiqədə Andre Bencamin qırmızı vərəqə alaraq, "Lill"i azlıqda qoyub. Meydan sahibləri say üstünlüyündən 75-ci dəqiqədə yararlanmağı bacarıb. Türkiyəli futbolçu Cengiz Under komandanın lideri Dimitri Payenin ötürməsindən sonra bərabərlik qolunu vurub.

Bu nəticədən sonra "Marsel" 37 xalla 3-cü pillədə qalıb. 29 xala malik "Lill" isə 10-cu pilləyə yüksəlib.

Qeyd edək ki, "Marsel" UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək. İlk oyun fevralın 17-də "Velodrom"da, cavab görüşü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
596 599 565 567 549 555

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.