n2006

n2006 Mətbəx 18-01-2022, 12:00

Ağızda Əriyən Vupi Pay Pirojnası

Ağızda Əriyən Vupi Pay Pirojnası
Vupi pay (whoopie pie)-amerika mətbəxinin məşhur desertidir. İki yumşaq biskvit arasında krem qatlı deserti ad günü süfrələri üçün bişirib uşaqları sevindirə bilərsiniz. LoaDinG.Az Amerikanın məşhur desertinin reseptini təqdim edir.

Tərkibi:

Xəmir üçün:

1 ədəd yumurta
80 qr kərə yağı
100 qr şəkər kirşanı
3 xörək qaşığı kakao
100 ml süd
130 qr un
1 çay qaşığı qabartma tozu
1 qr vanil
Krem üçün:

150 ml qaymaq (35 %)
4 xörək qaşığı şəkər kirşanı
Hazırlanma qaydası:

Bir qabda kakao, un, qabartma tozu və vanil qarışdırın. Soyuducudan 20 dəqiqə əvvəl çıxardığınız kərə yağını şəkər kirşanıyla qarışdırın. Yumurta və süd əlavə edib yenə qarışdırın. Quru qarışığı (un, kakao, qabartma tozu və vanil) hissə-hissə əlavə edib yaxşıca qarışdırın. Xəmirdən qaşıq köməyi ilə ( və ya konditer torbası) yağlı kağız sərilmiş soba sinisinə kündələr düzün. Bişdikdə yayıldığı üçün çox böyük kündələr qoymayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin. Krem üçün qaymağı şəkər kirşanıyla çırpın. Bişən pirojnanın birini kremləyin və ikinci pirojnayla üstünü örtün. Bu üsulla bütün pirojnaları belə hazırlayın. Zövqə görə pirojnaların üzərinə şəkər kirşanı səpə bilərsiniz.


Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
510 529 478 474 424 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.