n2006

n2006 Mətbəx 30-01-2022, 14:00

Zeytunlu Kartof Salatı

Zeytunlu Kartof Salatı
Bişmiş kartofdan dadlı və sadə salat. LoaDinG.Az zeytunlu kartof salatının reseptini təqdim edir.

Tərkibi:

4 ədəd kartof
300 qr zeytun (qırmızı bibərlə doldurulmuş )
1 ədəd qırmızı soğan
1/2 budaq cəfəri
1 xörək qaşığı limon suyu
3 xörək qaşığı zeytun yağı
zövqə görə duz, istiot
Hazırlanma qaydası:

Kartofu qabıqlı yuyub folqa kağızına bükün və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Bişən kartofları soyudun. Kartofu istəsəniz sobada yox,qabıqlı halda suda bişirə bilərsiniz. Bişib soyuyan kartofları qabığını soyun və iç hissəsini çəngəllə əzin. Bir qabda əzilmiş kartof, xırda doğranmış soğan və cəfərini töküb qarışdırın. Üzərinə duz, istiot, zeytun yağı və limon suyu əlavə edib yaxşıca qarışdırın. Qırmızı bibərlə doldurulmuş zeytunları kiçik halqalar formasında doğrayın. Hazır salatı servis edəcəyiniz boşqaba dağ formasında düzün və üzərini zeytun dilimləriylə bəzəyin. Əgər vaxtınız yoxdursa zeytunları salata qarışdıra bilərsiniz. Dadlı zeytun salatını 1 saatlıq soyuducuya yerləşdirin.


Zeytunlu Kartof Salatı







Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
625 554 527 504 546 545

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.